Modern.az

Bakıda yol qəzasında iki qardaş ağır xəsarət aldı

Bakıda yol qəzasında iki qardaş ağır xəsarət aldı

Aktual

29 Dekabr 2019, 00:33

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili hərəkətdə olarkən yolun kənarında olan “Şaqman” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan 27 yaşlı Fərrux və 22 yaşlı Fərid adlı şəxslər müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, xəsarət alan şəxslər qardaşdır.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı