Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində yük maşınının altında qalaraq ölüb.
Modern.az xəbər verir ki, hadisə dekabrın 28-də gecə saat 4 radələrində Bakı-Qazax yolunun 185-ci kilometrində, rayonun Çöhranlı kəndindən keçən hissəsində baş verib.
Belə ki, sürücü, 1977–ci il təvəllüdlü Astara rayon sakini Bayramov İlham Nail oğlu “Mercedes” markalı iritutumlu yük maşınını yolun kənarında saxlayaraq təkərini təmir etmək istəyib.
Bu zaman maşına quraşdırdığı qaldırıcı kran açılıb və sürücü avtomaşının altında qalaraq ölüb.
Yük maşının altında qalan sürücünün cəsədi Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Xidmətinin qəza xilasetmə bölməsinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.