Modern.az

ETSN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirildi

ETSN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirildi

Aktual

29 Dekabr 2019, 10:46

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

 

ETSN-dən Modern.az-a verilən məlumata görə, şuranın yeni üzvləri ilə keçirilən görüşdə gələcək fəaliyyət istiqamətləri, ətraf mühitin mühafizəsində vətəndaş cəmiyyətinin dəstəyi, icitmaiyyətlə əlaqələrin daha sıx qurulması, maarıfləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

 

Müzakirələrdə şura üzvləri tərəfindən ictimai əlaqələrin qurulmasına dair bir sıra təkliflər verilib, ekoloji rəylərin verilməsində ETSN tərəfindən ictimai dinləmələrin keçirilməsi mexanizmi yüksək qiymətləndirib.

 

Görüşdə şura üzvləri Nazirliyin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, ətraf mühitlə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəklərini bildiriblər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı