Modern.az

Paytaxt bağçaları və uşaq evlərində bayram şənlikləri keçirilib - Fotolar

Paytaxt bağçaları və uşaq evlərində bayram şənlikləri keçirilib - Fotolar

Aktual

29 Dekabr 2019, 12:10

Bakı şəhərinin bütün məktəbəqədər təhsil müəsisələri və uşaq evlərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənlikləri təşkil olunub.

 

Modern.az-ın məlumatına görə, bağçaların pedaqoji kollektivləri tərəfindən hazırlanmış  şənliklərdə uşaqlar müxtəlif səhnəciklər nümayiş etdib, rəngarəng mahnılar və rəqslər ifa edərək, şeirlər söyləyib, öz məharətlərini göstəriblər.

 

 

Şəniklərdə qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev uşaqları sonsuz məhəbbətlə sevir, onlara böyük qayğı və diqqət göstərirdi. Ulu öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün isə  Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva  tərəfindən uğurla davam etdirilir.

 

Şaxta baba, Qar qız və müxtəlif nağıl qəhrəmanlarının qonaq gəlməsi şənlikləri daha da canlandırıb. Körpə fidanların dilindən söylənilən ulu öndərə, Vətənə, xalqa, anaya, məktəbə, bağçaya və yeni ilə  həsr olunmuş şeirlər alqışlarla qarşılanıb. Tədbirlərin sonunda körpə fidanlara hədiyyələr verilib.

 




 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı