Modern.az

Ələt-Astara yolunda quraşdırılmış metal dirəylər oğurlandı

Ələt-Astara yolunda quraşdırılmış metal dirəylər oğurlandı

Aktual

29 Dekabr 2019, 14:12

Ələt-Astara yolunda quraşdırılmış metal dirəylər oğurlanıb.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinə Ələt-Astara yolunun 128-ci kilometrliyində yolun kənarına quraşdırılmış hər biri 2 metr uzunluğunda olan 106 ədəd metal dirəyin oğurlanması barədə müraciət daxil olub.

 

Müraciətlə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qızılavar kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş V.Əhədzadə saxlanılıb.

 

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...