Dövlət Gömrük Komitəsi və onun qurumları, gömrük-sərhəd keçid məntəqələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə məlumatı Modern.az-a qurumun Mətbuat Xidməti verib.
Məlumata görə, məqsəd gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, yarana biləcək sıxlığın qarşısının alınması, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsidir.