Modern.az

Qaz sayğaclarının mühafizəsi qanunla tənzimlənəcək - Baş direktor

Qaz sayğaclarının mühafizəsi qanunla tənzimlənəcək - Baş direktor

Aktual

29 Dekabr 2019, 15:20

"Azərbaycanda qaz sayğaclarının mühafizəsinə dair müvafiq qanunvericilik hazırlanıb".

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev deyib.

 

Onun sözlərinə görə, hazırda bu sənəd müvafiq orqanlar tərəfindən baxılır və yaxın vaxtlarda qanun layihəsinin təsdiq olunması gözlənilir.

 

"Qeyd edim ki, əgər əvvəllər sayğaca hər hansı müdaxilə olduqda məsuliyyət bütün hallarda vətəndaşın üzərinə düşürdüsə, 2018-ci ilin dekabrından məhkəmənin rəyi olmadan heç bir müdaxilə "Azəriqaz"a dəyən ziyan kimi hesablanmır. Bu, həm əhali, həm də qeyri-əhali istifadəçi qrupuna aiddir", - deyə R. Əliyev bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı