Modern.az

Tofiq Rəfiyevə Prezidentin fərdi təqaüdü ayrıldı

Tofiq Rəfiyevə Prezidentin fərdi təqaüdü ayrıldı

Aktual

29 Dekabr 2019, 17:25

Prezident İlham Əliyev Tofiq Yusuf oğlu Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın xəbərinə görə, Azərbaycan müdafiə sənayesinin inkişafı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə T. Rəfiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

 

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...