Goranboy rayon İcra Hakimiyyəti başçısı Yanında Şuranın növbəti iclası keçirildi.
Modern.az xəbər verir ki, dekabrın 29-da Goranboy rayon İcra Hakimiyyəti Başçısı Yanında Şuranın növbəti iclası keçirildi. Şura iclasında, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrini əhatə edən 7 məsələ rayonun idarə, müəssisə və ictimai təşkilat rəhbərləri, rayon ağsaqqalları, ziyalılar, yerli sahibkarlar və ictimaiyyətin fəalları qarşısında geniş müzakirə edildi.
İcra başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərlə bağlı, aidiyyəti məsul şəxslərə öz tapşırıqlarını verdi. Tədbirin sonunda, təhsil, mədəniyyət və idman sahəsində qazandığı nailiyyətlərinə görə, bir neçə rayon fəallarına rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim olundu.