Modern.az

Mingəçevir sakini öz evində qohumunu bıçaqladı

Mingəçevir sakini öz evində qohumunu bıçaqladı

Aktual

30 Dekabr 2019, 00:17

Mingəçevir şəhəri ərazisində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən E.Kərimov saxlanılıb.

Daxili İşlər Nazirliyindən  Modern.az-a  verilən məlumata görə, Mingəçevir şəhərində yaşayan E.Kərimov evində münaqişə zəminində Yevlax rayon sakini olan qohumu R.Kərimova bıçaqla xəsarət yetirib.

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən E.Kərimov saxlanılıb.

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması