Modern.az

Araz Əlizadə geri çəkildi: “Rauf Arifoğlunun deputat olmağını istəyirəm”

Araz Əlizadə geri çəkildi: “Rauf Arifoğlunun deputat olmağını istəyirəm”

Aktual

30 Dekabr 2019, 15:27

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, beşinci çağırış Milli Məclisin deputatı Araz Əlizadə 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

O, Modern.az-a bu qərarının səbəbini açıqlayıb:

 

"Səhhətimlə əlaqədar mən özüm bu dəfə deputat olmaq istəmirəm, istirahət etməyi düşünürəm”.

 

Həmçinin Araz Əlizadə təmsil etdiyi 35 saylı Xətai üçüncü seçki dairəsində rəqabət aparan Ümid partiyasının sədri İqbal Ağazadə və "Yeni Müsavat" qəzetinin rəhbəri Rauf Arifoğlu ilə bağlı ttəssüratlarını da bölüşüb. O, qısaca olaraq bildirib ki, Rauf Arifoğlunun deputat olmasını istəyir.

 

Onu da qeyd edək ki, Araz Əlizadə saytımıza açıqlamasında müalicəsini elə Bakıda davam etdirəcəyini, xaricə getməyəcəyini deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı