Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda, 2015-ci ildə şəhid olmuş zabit İqbal Əhmədovun ailəsilə görüşüb.
Modern.az-ın xəbərinə istinadən xəbər verir ki, mütəmadi olaraq bütün bayramlarda bu ailəyə baş çəkib, onların problemləri ilə maraqlanan millət vəkili, bu dəfə də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə şəhid ailəsini təbrik etmiş, qarşıdan gələn Yeni il münasibətilə bu ailəyə can sağlığı, əminamanlıq və xoşbəxtlik arzulayıb.
Səmimi və mehriban kecən görüşdə “Sizin ailəni öz ailəmdən ayırmiram. Sizi arayıb axtarmağı bir deputat, bir Azərbaycan vətəndaşı kimi özümə borc sayıram. Qayğı və problemləriniz mənim daim diqqət mərkəzimdədir” deyən Hadi Rəcəbli artıq neçə ildir ki, bu ailəyə olan diqqətini heç vaxt azaltmayıb.
Şəhidin ailəsi də öz növbəsində prezident İlham Əliyevə öz təşəkkürünü, deputata minnətdarliğını bildirib.
Sonda şəhid ailəsilə “Yeni il” yolkası ətrafında xatirə şəkli çəkdiriblər .