Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavininin, İnzibati və Kommersiya kollegiyaları sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
- Əsgər Novruz oğlu Novruzov Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin müavini təyin edilsin.
- Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin.
- Əhliman Mehman oğlu Xıdırov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin.
- Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri təyin edilsin.
- Elşən Fizuli oğlu Salmanov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri təyin edilsin.
- Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin.
- Bu Sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.