Modern.az

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edildi

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edildi

Aktual

30 Dekabr 2019, 18:00

“Azərbaycan Dəmir Yolları” QSC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar sərnişlərin artan tələbatını təmin etmək məqsədilə Bakı-Gəncə-Bakı istiqamətində əlavə bir qatar təyin edib.

 

Qurumdan Modern.az-a bildirilib ki, 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı hər iki istiqamətə təyin olunub.

 

Belə ki, yanvarın 5-i və 6-da əlavə təyin edilən qatar Bakıdan saat 08:00-da yola düşəcək və Gəncəyə saat 11:45-də çatacaq. Gəncədən saat 16:00-da geri yola düşəcək qatar saat 19:45-də paytaxtda olacaq.

 

Saat 08:45-dəki Bakı-Gəncə və saat 17:00-dakı Gəncə-Bakı sürət qatarları isə normal qrafikləri üzrə fəaliyyət göstərəcəklər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı