Modern.az

Bayram günlərində banklar gücləndirilmiş iş rejimində İŞLƏYƏCƏK

Bayram günlərində banklar gücləndirilmiş iş rejimində İŞLƏYƏCƏK

Aktual

30 Dekabr 2019, 18:45

Sabahdan başlayaraq yanvarın 7-nə qədərki bayram günlərində Azərbaycandakı bankların filial və şöbələri, eləcə də “Azərpoçt” MMC-nin satış nöqtələri gücləndirilmiş iş rejimində çalışacaq.

 

Modern.az-a bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 22 bankın 178 satış nöqtəsi (o cümlədən, 9 bank üzrə 13 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un isə 112 şöbəsi (o cümlədən, 8-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Bayram günlərində AMB-nin yaratdığı bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcəkdir. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə Mərkəzi Banka müraciət oluna bilər.

 

Koordinator: Azər Quluyev

Qaynar xətt: (+994) 70 922 29 99

Gücləndirilmiş iş rejimində çalışacaq bankların iş qrafiki ilə //uploads.cbar.az/press-releases/e05b3f6031d3959a6ff2bff89.pdf linki, “Azərpoçt”un satış nöqtələrinin iş qrafiki ilə isə //uploads.cbar.az/press-releases/7403a6c30b110a9e2e6387c93.pdf linki vasitəsilə tanış olmaq mümkündür.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı