Modern.az

Berlində naməlum şəxs dükanda insanlara atəş açıb

Berlində naməlum şəxs dükanda insanlara atəş açıb

Aktual

30 Dekabr 2019, 21:18

Berlin şəhərinin mərkəzində naməlum şəxs dükanda (başqa mənbələrə görə kafedə) atəş açıb.

Modern.az  “İndependent”ə istinadən xəbər verir ki, hadisənin qarət məqsədilə törədildiyi ehtimal edilir.


Hadisə yerində silahlı polislər keşik çəkir. Eyni zamanda hadisə nəticəsində xəsarət alanın olub-olmaması bəlli deyil.


Həmin məkanın vaxtilə Berlin divarının mühüm buraxılış məntəqəsinin yaxınlığında yerləşdiyi, hazırda isə turistlərin sevimli yerlərindən biri olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması