Modern.az

Tovuzda minik avtomobili qayaya çırpıldı: 7 yaralı

Tovuzda minik avtomobili qayaya çırpıldı: 7 yaralı

Aktual

30 Dekabr 2019, 23:03

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya  istinadən xəbər verir ki, hadisə Tovuz-Böyükqışlaq yolunun rayonun Kirən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kirən kənd sakini, 1973-cü il təvəllüdlü İmamverdiyev Azad Bayram oğlu idarə etdiyi UAZ markalı minik avtomobili ilə hərəkətə olarkən mühərrikdə nasazlıq yaranıb. Bu zaman sürücü avtomobili dərəyə düşməyə qoymayaraq, nəqliyyat vasitəsini qayaya çırpıb. Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər – 1972-ci il təvəllüdlü İmamverdiyev Azər Bayram oğlu, 1980-ci il təvəllüdlü İmamverdiyeva Aynur Cavanşir qızı, 1980ci il təvəllüdlü Əyyibov Azad Abbasəli oğlu ,1982-ci il təvəllüdlü İmamverdiyeva Jalə Əhməd qızı, 2013-cü il təvəllüdlü İmamverdiyeva  Gülanə Azad qızı ,1982-ci il təvəllüdlü Yusibova Gülxoş Eldar qızı və 2001-ci il təvəllüdlü İmamverdiyev Qismət Azər oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, qəza düşənlərin hamısı qohumdur. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı