Modern.az

Ərdoğan Liviyaya qoşun göndərilməsi ilə bağlı parlamentə müraciət etdi

Ərdoğan Liviyaya qoşun göndərilməsi ilə bağlı parlamentə müraciət etdi

Aktual

31 Dekabr 2019, 10:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsini təsdiqləyəcək sənədi Böyük Millət Məclisinin (TBMM) müzakirəsinə təqdim edib.

 

“Anadolu” xəbər verir ki, sənəd yanvarın 2-də parlamentin iclasında müzakirə olunacaq.

Deputatların bu qərarı təsdiqləyəcəyi gözlənilir. “Ədalət və İnkişaf” və “Milliyətçi hərəkat” partiyalarının üzvləri Liviyaya qoşun göndərilməsini dəstəklədiklərini artıq bildiriblər.

 

Virtualaz.org xatırladır ki, keçən həftə Prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyət tərəfindən tanınan Fayiz Əl-Sərracın Milli Razılıq Hökumətinin yardım istəməsindən sonra Türkiyə hökumətinin Liviyaya qoşun göndərə biləcəyini demişdi. Bundan sonra isə Liviyanın Milli Konsensus Hökuməti rəsmi olaraq Türkiyədən hərbi dəstək istədi.

 

Virtualaz.org

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı