Modern.az

2020-ci ilin ilk günü hava necə keçəcək? - PROQNOZ

2020-ci ilin ilk günü hava necə keçəcək? - PROQNOZ

Aktual

31 Dekabr 2019, 13:36

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 1-nə olan hava proqnozunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti, Bakıda gecə 5-7° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq. Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq.

 

Lakin günün birinci yarısında Daşkəsən-Gədəbəy zonasında yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı