Modern.az

İraqda etirazçılar ABŞ səfirliyinin binasını ələ keçirdilər

İraqda etirazçılar ABŞ səfirliyinin binasını ələ keçirdilər

Aktual

31 Dekabr 2019, 14:41

İraqda "Haşdi Şabi" qruplaşması tərəfdarları ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirirlər.

 

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, etirazçılar səfirlik binasına daxil olmağa cəhd edirlər.

ABŞ-ın ötən gün Hizbullah-a qarşı həyata keçirdiyi əməliyyata etiraz edən "Haşdi Şabi" qruplaşması tərəfdarları səfirlik qarşısında çadırlar qurmağa başlayıblar.

Yerli mətbuatın xəbərinə görə, amerikalı diplomatlar etirazçılar əraziyə daxil olmazdan öncə səfirlik binasını tərk ediblər.

 

Türkiyənin NTV telekanalı isə bu arada aksiyaçıların artıq səfirliyin binasına daxil olduqları barədə məlumat yayıb. Etirazçıların səfirlik binasında yanğın törətdikləri bildirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...