Modern.az

Kamçatka sahillərində 5.6 bal gücündə zəlzələ baş verib

Kamçatka sahillərində 5.6 bal gücündə zəlzələ baş verib

Aktual

1 Yanvar 2020, 10:55

Kamçatka sahillərində 5.6 bal gücündə zəlzələ baş verib, zərər çəkən və sunami təhlükəsi yoxdur.

Modern.az-ın məlumatına görə, zəlzələ 40 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 130 kilometr şərqdə yerləşib.

 

Rusiyanın FHN-in xilasediciləri, yanğınsöndürənləri və yerli idarələrin əməliyyat qrupları yeraltı zərbə olan yaşayış məntəqələrindəki sosial əhəmiyyətli obyektləri və digər binaları yoxlayır. Əməliyyat qruplarından gələn məlumata görə, dağıntılar, qurbanlar və yaralananlar yoxdur.

Sizə yeni x var
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması