Modern.az

Xaçmazda iki avtomobil yandı

Xaçmazda iki avtomobil yandı

Aktual

1 Yanvar 2020, 22:27

Xaçmaz rayonunda iki avtomobil yanıb.

Modern.az  xəbər verir ki, hadisə Xaçmaz-Niyazoba yolunun Qaraqurtlu kəndindən keçən hissəsində qeydə alınıb. Yanğın Hacıyev Saleh Sabir oğluna məxsus “VAZ 2107” markalı, 27-BG-517 dövlət qeydiyyat nişanlı avtomobili və yaxınlıqda sahibi məlum olmayan “VAZ 21011” markalı, 44-BD-895 dövlət qeydiyyat nişanlı maşında baş verib.

Yanğın barədə Xaçmaz rayon DYMH-nə məlumat verilib. Hadisə yerinə iki yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib.

Nəticədə, “VAZ 21011” tamamilə yanıb, digər maşının isə salonu yararsız hala düşüb. Minik avtomobilinin qalan hissələri yanğından mühafizə olunub. Yanğın məhdudlaşdırılaraq söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması