Modern.az

Bakıda yeniyetməni avtomobil vurdu

Bakıda yeniyetməni avtomobil vurdu

Aktual

2 Yanvar 2020, 00:16
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı yeniyetmə ağır xəsarıt alıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, yol qəzası Binəqədi-Qobu yolunda baş verib.

Minik avtomobili yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Ağayev Hilal Dostməmməd oğlunu vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Ona müştərək travma diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!