Modern.az

Siyəzəndə ağır yol qəzası - ölən var

Siyəzəndə ağır yol qəzası - ölən var

Aktual

2 Yanvar 2020, 12:14

Yanvarın 2-də gecə saat 1 radələrində Siyəzən şəhəri ərazisində şəhər sakini S.Baxşıyev idarə etdiyi “Runna” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi N.Əkbərova məxsus “QAZel” markalı avtomobilə vurub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, S.Baxşıyevin sərnişini olan qardaşı Vidadi xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

Siyəzən RPŞ tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı