Modern.az

Bakıda daha bir piyada vuruldu

Bakıda daha bir piyada vuruldu

Aktual

2 Yanvar 2020, 17:18

Yanvarın 1-də saat 22 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini F.Səfərli idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Elnar Eynullayevi vurub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, piyada xəstəxanaya aparılarkən yolda ölüb.

 

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!