Paytaxtda ağır yol qəzası baş verib.
Modern.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
İlkin məlumata görə, xəsarət alan olmayıb. Qəza zamanı 7 avtomobilə ziyan dəyib. Hazırda polis əməkdaşları hadisə yerinə gəlib. Baş verən qəzaya görə prospektdə tıxac yaranıb.
Qəzanın səbəbi ilə bağlı araşdırma aparılır.