Ötən gün Türkiyə Böyük Millət Məclisi Türk Silahlı Qüvvələrinin Liviyaya müdaxiləsinə icazə verib. Qərarın lehinə 325, əleyhinə 184 deputat səs verib.
Türkiyə parlamentinin məlum qərarını Modern.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Liviyanın mərkəzi hökuməti Türkiyədən hərbi dəstək gözləyir.
"Müxalif general Xaftarın hərbi birlikləri paytaxt Tripoliyə yaxınlaşır. Tripolidəki hökuməti xilas edə biləcək tək ölkə Türkiyədir. Ankara Tripoliyə dəstək verəcək, əks halda Xaftar Liviyanın tamamına nəzarəti ələ keçirəcək. Belə olan halda isə Liviya Aralıq dənizində formalaşan anti-Türkiyə blokuna (İsrail-Kipr Respublikası-Yunanıstan-Misir) qoşulacaq. Bu baş verməsin deyə Türkiyə yaxın günlərdə hərbi birliklərini Tripoliyə göndərəcək. Açıq demək lazımdır ki, Tripolidə türkiyəli hərbi mütəxəssislər indi də var, sadəcə əlavə güc lazımdır", - deyə politoloq bildirib.
T.İSMAYIL