Modern.az

Bakıda da piyada vuruldu

Bakıda da piyada vuruldu

Aktual

3 Yanvar 2020, 12:17

Bakı şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az "Report"a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunun Xocəsən qəsəbəsinin ərazisində baş verib. 

 

Belə ki, Bakı şəhər sakini R.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini İsrafil Kərimovu vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

 

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı