Modern.az

Goranboy sakini mübahisə zəminində bıçaqlanıb

Goranboy sakini mübahisə zəminində bıçaqlanıb

Aktual

10 Yanvar 2020, 22:42

Goranboy rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.



Modern.az  APA-ya istinadən  xəbər verir ki, hadisə axşam saatlarında Meşəli kəndində baş verib.



1990-cı il təvəllüdlü kənd sakini Sənan İsmayılov mübahisə və münaqişə zəminində bıçaqlanıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib. Hazırda yaralı üzərində cərrahiyyə əməliyyatı aparılır.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması