Bakı şəhərinin Binəqədi rayonunda mebel sexi yanıb.
Modern.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 1200 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 200 m² olan mebel sexinin dam örtüyünün taxta atmaları və içərisindəki taxta materiallar yanıb.
Bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.