Modern.az

Məscid partladıldı, 15 nəfər öldü

Məscid partladıldı, 15 nəfər öldü

Aktual

11 Yanvar 2020, 10:18

Ötən gecə Pakistanın Kvetta şəhərinin Qusabad rayonundakı məsciddə törədilən partlayış nəticəsində, son məlumata görə, 15 adam həyatını itirib, 20 nəfər müxtəlif dərəcədə xəsarət alıb.

 

Modern.az Pakistan mətbuatına istinadla xəbər verir ki, ölənlər arasında şəhər polisi rəhbərinin müavini də var.

 

Partlayış baş verən ərazi mühasirəyə alınıb, qanlı hadisənin səbəbləri araşdırılır. Məsuliyyəti hələ ki heç bir qruplaşma üzərinə götürməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması