Modern.az

“Qarabağ” qapıçısını geri qaytardı

“Qarabağ” qapıçısını geri qaytardı

Aktual

11 Yanvar 2020, 12:32

Ağdamın “Qarabağ” klubu heyətinə daha bir futbolçu qatıb.

 

Modern.az xəbər verir ki, icarə müddəti başa çatdığı üçün komandanı tərk edən Asmir Beqoviçin gedişindən sonra Azərbaycan çempionu qapıçılarla bağlı problemini həll edib.

 

Bosniya və herseqovinalıdan sonra düşərgədə iki qolkiperlə – Vaqner Silva və Şahruddin Məhəmmədliyevlə qalan ağdamlılar Nicat Mehbalıyevi geri qaytarıb. Mövsümün ilk yarısını icarə əsasında "Sumqayıt"da keçirən gənc qolkiper yenidən “Qarabağ"a qayıdıb. O, artıq komandayla məşqlərdə iştirak edir.(Apasport.az )

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması