Modern.az

Polis soyğunçuluq edən keçmiş məhkumu saxladı

Polis soyğunçuluq edən keçmiş məhkumu saxladı

Aktual

11 Yanvar 2020, 13:33

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb.

 

Bu barədə Modern.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinə müraciət edən Kürdəmir rayon sakini İ.Babayev yanvarın 6-da 28 May küçəsindəki kafelərin birində naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.İmamverdiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı