Modern.az

Səhiyyə Nazirliyindən sosial şəbəkədə yayılan video ilə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyindən sosial şəbəkədə yayılan video ilə bağlı AÇIQLAMA

Aktual

11 Yanvar 2020, 15:07

Səhiyyə Nazirliyi sosial şəbəkələrdə 1 saylı Ruhi-Əsəb Dispanserində baş vermiş hadisə ilə bağlı yayılan məlumatları münasibət bildirib.

 

Nazirliyin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan video görüntü 2019-cu ildə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində naməlum şəxs tərəfindən çəkilib.

 

“Videogörüntünü xəstəxanaya yoxlanışa yaxud, xəstə ziyarətinə gələn şəxslərdən biri qeydə alıb. Xəstəxana rəhbərliyi artıq hüquq-mühafizə orqanlarına müraciət edib. Hazırda istintaq videogörüntünü çəkən və yayan adamın müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparır”, - Nazirlikdən qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı