Modern.az

Baş redaktorun deputatlığa namizədliyi qeydə alındı

Baş redaktorun deputatlığa namizədliyi qeydə alındı

Aktual

11 Yanvar 2020, 21:16

İlkxeber.org saytının baş redaktoru Xanoğlan Əhmədovun deputatlığa namizədliyi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib.

 

X.Əhmədov namizədliyini 72 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürüb. Onun bu dairədən əsas rəqibi beşinci çağırış Milli Məclisin deputatı Musa Qasımlıdır.

 

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

 

X.İSMAYIL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması