Modern.az

Bakıda iki avtomobil toqquşub: xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşub: xəsarət alanlar var

Aktual

11 Yanvar 2020, 21:40

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, “Jeep” markalı avtomobillə “Reno” markalı avtomobil toqquşub.

Nəticədə “Jeep” markalı nəqliyyat vasitəsinin qadın sürücüsü və digər avtomobilin sürücüsü, 25 yaşlı Anar adlı şəxs xəsarət alıb.

Yaralılar təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onlara bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı