Saatlı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Modern.az-a verilən məlumata görə, Beyləqan rayonu İmamverdilər kənd sakini Teymur Kərimov Saatlı rayonu ərazisində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. T.Kərimovdan 1ədəd “ İJ-58” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.