Çərşənbə axşamı Yəmənin cənubunda Abyan əyalətinin Lurd rayonundakı məsciddə naməlum şəxs ibadət edən insanlara atəş açıb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
Məlumata görə, ölənlər arasında məscidin imamı və qatilin atası da var. Cinayətkarın əqli cəhətdən xəstə olduğu iddia edilir.
Yaranan təşvişdən sonra atəş açan şəxs hadisə yerindən qaçıb.