Mingəçevirdə evində oğurluq baş verən qadın eyni zamanda dərmandan zəhərlənib.
Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Texniki Rezin Məmulatları zavodunun arxasındakı bağ massivinin 3-cü küçəsində yerləşən fərdi təsərrüfatda baş verib.
Evində oğrluq hadisəsi baş verdiyi səbəbindən sarsıntı keçirən 1974-cü il təvəllüdlü ev sahibi Səidə Qurbanova normadan artıq dərman preparatı qəbul edərək zəhərlənib. Zəhərlənən qadın xəstəxanaya yerləşdirilib.
Əldə edilən məlumata görə, xarici ölkələrdən birindən evinə dönən xanım evinin naməlum şəxslər tərəfindən qarət olunduğunu görüb. Evdən qiymətli və zinət əşyalarının oğurlandığı deyilir.
Faktla bağlı araşdırma aparılır.