Modern.az

Budəfəki seçki prosesində rekord rəqəmlər qeydə alınıb - Məzahir Pənahov

Budəfəki seçki prosesində rekord rəqəmlər qeydə alınıb - Məzahir Pənahov

Aktual

16 Yanvar 2020, 10:35

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ərəfəsində əldə olunan rəqəmlər indiyə qədər Azərbaycanda keçirilən seçkilərdə rekord göstəricidir.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçkinin mediada isiqlandırılması" mözusunda informasiya sessiyasında çıxışı zaman deyib. Onun sözlərinə görə, artıq 1534 namizəd qeydə alınıb.

 

M.Pənahov bildirib ki, seçkilərqabağı proses müsbət mənada gərgin keçir. M.Pənahov seçkilərin işıqlandırılmasında mətbuatın rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, mətbuat seçkilərin işıqlandırılmasında mühüm rol oynayır.

 

MSK sədri vurğulayıb ki, KİV yeganə qurumdur ki, seçkilər dövründə əvvəldən axıra qədər seçki komissiyalarının yanındadır: “KİV-lər heç bir akkreditasiyadan keçmədən əvvəldən axıra qədər seçkiləri müşahidə etmək hüququna malikdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı