Modern.az

İndoneziyada bu  qadınlar xüsusi çubuqla döyüləcək

İndoneziyada bu  qadınlar xüsusi çubuqla döyüləcək

Aktual

30 Yanvar 2020, 00:57

İndoneziyada şəriət qanunlarını pozan qadınlara bədən cəzası tətbiq etmək üçün ilk qadın heyətindən ibarət qrup yaradılıb.

Modern.az  xəbər verir ki,  8 nəfərdən ibarət dəstə Açex vilayətində fəaliyyət göstərəcək. Qrupun vəzifəsi cəzaya məhkum olunmuş qadınlara rotanq çubuqları ilə zərbə vurmaqla cəzalandırmaqdır.

İnsan haqları müdafiəsi təşkilatları artıq bu növ cəzanı qınayıblar. "Human Rights Watch"ın əməkdaşı Andreas Harsono bu barədə deyib: "İnsanları kobud şəkildə cəzalandırmaq, cəzanı kimin tərəfdən yerinə yetirilməsindən asılı olmayaraq qeyri-insani və vəhşi praktikadır.  Müasir İndoneziyada bir qadının və ya bir kişinin fiziki cəzalandırılmasına yer yoxdur və İndoneziya hökuməti bu işgəncəyə göz yummağı dayandırmalıdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı