Modern.az

Rüstəm Xəlilov icra nümayəndəsinin fəaliyyətini “kafi” qiymətləndirdi

Rüstəm Xəlilov icra nümayəndəsinin fəaliyyətini “kafi” qiymətləndirdi

Aktual

30 Yanvar 2020, 13:35

Hacıqabul rayonunda “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə müəyyən olunmuş vəzifələrin icrası ilə əlaqədar 2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı icra nümayəndəliklərində hesabat yığıncaqları keçirilib. 

 

Modern.az xəbər verir ki, təsdiq edilmiş qrafikə əsasən 30.01.2020-ci il tarixində Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında RİH başçısı Rüstəm Xəlilov, şəhər ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər.

 

2019-cu ildə görülmüş işlər və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı Hacıqabul şəhər İƏD üzrə nümayəndəsi Laləzar İbrahimovanın məruzəsi dinlənilib.

 

Hesabat yığıncağında ziyalılar, ağsaqqallar və şəhər sakinləri görülmüş işlərdən və mövcud problemlərdən danışaraq şəhər icra nümayəndəliyinin fəaliyyətinə öz münasibətlərini bildiriblər.

 

Şəhər nümayəndəliyinin 2019-cu ildəki fəaliyyəti yığıncaq iştirakçıları tərəfindən “kafi” qiymətləndirilib. Vətəndaşların yığıncaqda qaldırdıqları həlli vacib olan məsələlər, mövcud olan sosial-iqtisadi problemlər dinlənilib və həlli yolları araşdırılıb.

 

Hesabat yığıncağında iştirak edən RİH başçısı Rüstəm Xəlilov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrində olan inkişafından, o cümlədən rayonumuzda aparılan abadlıq-quruculuq işlərindən və qarşıda duran vəzifələrdən geniş məlumat verib.

 

Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyin işində yol verdiyi nöqsanlardan, qarşıda duran vəzifələrdən danışaraq tapşırıq və tövsiyələrini verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı