72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı seçicilərlə görüşlərini davam etdirir.
Modern.az xəbər verir ki, deputatlığa namizəd təbliğat-təşviqat kampaniyasını bu gün Yardımlı rayonunun Aşağı Astanlı kəndində seçicilərlə görüşərək davam etdirib.
Sonra Zevin, Bərcan və Şıxlar kəndlərində olub. Ətraf kəndlərdən də seçicilər Musa Qasımlı ilə görüşə gəliblər. Səmimi şəraitdə keçən görüşlərdə çıxış edənlər arzu və istəklərini, 9 fevralda Musa Qasımlıya səs verəcəklərini bildiriblər.
Şəhid qohumları və yaxınları dövlətimizin qayğısından xüsusilə razılıq ediblər.
Musa Qasımlı Astanlı, Zövün, Bərcan və Şıxlar kəndlərindəki seçicilərə xoş münasibətə və aydın mövqelərinə görə minnətdarlığını bildirib.