Modern.az

Goranboy sakinlərinə şad xəbər - Prezident sərəncam verdi

Goranboy sakinlərinə şad xəbər - Prezident sərəncam verdi

Aktual

30 Yanvar 2020, 17:09

Prezident İlham Əliyev yanvarın 30-da “Goranboy rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Goranboy rayonunun əhalisi 30378 nəfər olan 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 1,19 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 

 


Goranboy rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

 
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 yanvar tarixli Sərəncamına Əlavə

 

Sıra

-si

Yaşayış məntəqələri

Quyuların

sayı

Əhalinin

sayı

  1.      

Aşağı Ballıqaya kəndi

1

747

  1.      

Azad kəndi

1

551

  1.      

Balakürd kəndi

1

2030

  1.      

Boluslu kəndi

1

1396

  1.      

Goranlı kəndi

1

648

  1.      

Hazırəhmədli kəndi

1

1150

  1.      

Xan Qərvənd kəndi

1

4422

  1.      

Qarasuçu kəndi

1

509

  1.      

Qazançı kəndi

1

437

10. 

Qızılhacılı kəndi

2

7090

11. 

Muzdurlar kəndi

1

1586

12. 

Nizami kəndi

1

1167

13. 

Səfikürd kəndi

1

4698

14. 

Şahməmmədli kəndi

1

816

15.

Veyisli kəndi

1

1930

16. 

Yeni yol kəndi

1

1201

Cəmi

17

30378

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı