Modern.az

Musa Quliyevin seçiciləri ilə silsilə görüşləri davam edir - FOTO

Musa Quliyevin seçiciləri ilə silsilə görüşləri davam edir - FOTO

Aktual

30 Yanvar 2020, 18:44

YAP-ın 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizədi Musa Quliyevin məhəllə görüşləri davam edir.

 

Modern.az xəbər verir ki, bu gün deputatlığa namizəd M.Quliyev Gəncənin Mehdi Hüseyinzadə küçəsində və Sadıllı qəsəbəsi İsmayılzadə küçəsində seçicilərlə görüşüb. YAP-ın namizədi ölkəmizdə aparılan dərin islahatlar, qarşıdan gələn seçkilər, Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında seçicilərə ətraflı məlumat verdi, seçicilərin arzu və təkliflərini dinlədi. Görüşlər zaman birdaha əminlik yarandı ki, dövlət başçısının apardığı uğurlu daxili və xarici siyasət hər bir vətəndaş tərəfindən bəyənilir və  dəstəklənir.

Seçicilər qarşıdan gələn seçkilərdə fəal iştirak edəcəklərini və YAP-ın namizədlərinə səs verəcəklərini bildirdilər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı