104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Rauf Vəliyevin kənd-kənd görüşləri uğurla davam edir.
Modern.az xəbər verir ki, Rauf müəllim əvvəlcə Gədəbəyin ermənilərlə sərhəd olan kəndlərində - Qaravəlilər, Hacılar və Göyəlli kəndlərində sakinlərlə görüşüb. Olduqca səmimi keçən görüşlərdə seçicilər Rauf Vəliyevi tanıdıqlarını və ona tam güvəndiklərini bildiriblər.
Həmçinin, sakinlər sərhəd kəndlər kimi dövlətin qayğısını gördüklərini, əsas problem kimi qaz limitinin onlara qış mövsümündə yetmədiyini vurğulayıblar.
Rauf Vəliyev millət vəkili seçiləcəyi təqdirdə bu məsələni aidiyyatı orqanlar qarşısında qaldıracağını bildirib.
Daha sonra Rauf Vəliyev Tovuzun ən ucqar kəndinə - Qaralar kəndində yollanıb. Qeyd edək ki, bu kənd Ermənistanla sərhəddə yerləşir və sanki bir səngər rolunu oynayır. Kənd evləri bir-birlərindən 700-800 metr aralıda yerləşir.
Bu cür ucqar kəndin sakinləri Rauf Vəliyevi sevinclə qarşılayıblar. Bildiriblər ki, ilk deputatlığa namizəddir ki, onları yada salır.
Rauf Vəliyev Qaralar kəndinin problemləri, qayğıları ilə maraqlanıb. Sakinlər bildiriblər ki, dövlət tərəfindən hər zaman xüsusi qayğı görüblər. Kənddə məktəb, daimi qaz və işıq var. Əsas çətinlikləri içməli su problemidir. Bir də köhnə işıq dirəkləri yeniləri ilə əvəzlənsə, heç bir çatışmazlıqları qalmaz.
Rauf müəllim bu məsələni mütləq şəkildə diqqətdə saxlayacağını bildirib.