Modern.az

Azərbaycan-Fransız Universitetində “İdeyalar gecəsi” keçirildi - FOTOLAR

Azərbaycan-Fransız Universitetində “İdeyalar gecəsi” keçirildi - FOTOLAR

Aktual

31 Yanvar 2020, 10:34

Dekabrın 30-da Bakı-Fransız Universititetində Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu tərəfindən , Milli Elmlər Akademiyası və Azərbaycan-Fransız Universitetinin əməkdaşlığı ilə “İdeyalar gecəsi”-adlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirin əsası “Planet canlı varlıqdırmı ?” mövzusunda aparılan müzakirələr üzərində quruldu.Tədbir Fransa Səfirliyinin Mədəniyyət və Əməkdaşlıq müşaviri cənab Jerom Kel və Milli Elmlər Akademiyasının fəlsəfə insititutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri xanım Zöhrə Əliyeva tərəfindən aparılırdı. Müzakirələr, Fransa Səfirliyinin birinci müşaviri cənab Dominik Jantiy və Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru cənab İlham Məmmədzadənin açılış nitqləri ilə başladı. Proqramda, bir fransız tədqiqatçısı ilə iki azərbaycanlı akademik arasında fikir mübadilələri aparıldı :

 

- Jan-Fransua Kreto, Fransa Milli Kosmik Araşdırmaları mərkəzinin tədqiqatçısı (CNES). Mövzu : « Canlı planetdə baş verən iqlim dəyişikliyini anlamaq üçün müasir kosmik metodlar »

 

- Ramiz Məmmədov, Milli Elmlər Akademiyası coğrafiya institutunun direktoru. Mövzu : « Xəzər dənizi - planetimizin unikal və relikt coğrafi obyekti »

 

- Zaur Rəshidov, Milli Elmlər Akademiyası fəlsəfə institutunun tədqiqatçısı. Mövzu : « Təsəvvüfdə kainat nizamının ezoterik təsviri »

 Daha sonra çıxışçılar auditoriyadan onlara ünvanlanan sualları cavablandırdılar.

 

Qeyd edək ki, 2015-ci ildən Azərbaycanda keçirilən bu tədbirin əsas məqsədi Fransız dilinin yayılmasıdır. “İdeyalar gecəsi”- adlı  tədbir dünyanın 200-dən çox şəhərində məhz eyni vaxtda keçirildi.Tədbir qonaqlar üçün hazırlanmış Kokteyl proqramı ilə yekunlaşdırıldı.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı