Modern.az

Çindən "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayandı

Çindən

Aktual

31 Yanvar 2020, 14:35

Çin Xalq Respublikasından "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib.

 

Onun sözlərinə görə, hazırda Çindən adıçəkilən mərkəzə mal gətirilmir: "Ümumilikdə hazırda Çin mallarının mövsümü deyil. Əsas mövsüm mart-aprel aylarından başlanır. Daha sonra isə avqust-sentyabr aylarından dekabr ayına qədər bazara Çin malları gəlir. Yanvar ayı Çində bayram olduğu üçün bazara mal gətirilmir".

 

Mərkəz rəsmisi deyib ki, hazırda bazarda tək-tək Çin malları satılır ki, həmin mallar da noyabr-dekabr aylarından qalan və ya həmin aylarda Çindən göndərilən, lakin yolda gecikən mallardır:

 

"Hazırda bizim bazara Çindən heç bir mal gəlmir. Dekabr ayından sonra bazara Çindən mal gətirilməsi dayanıb".

 

M. Qədimov deyir ki, bu ərəfələrdə bazarda alver də zəif olur.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı