Modern.az

Əhliman Əmiraslanovun  seçicilərlə görüşləri davam edir - FOTO

Əhliman Əmiraslanovun  seçicilərlə görüşləri davam edir - FOTO

Aktual

31 Yanvar 2020, 15:40

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd, akademik Əhliman Əmiraslanovun seçicilərlə silsilə görüşləri davam edir. Növbəti görüş  Kürdəmir rayonunun Köhünlü kəndində baş tutub.

 

Modern.az xəbər verir ki, görüşdə deputatlığa namizəd  akademik Əhliman Əmiraslanov Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi  dərin məzmunlu islahatlar haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı,  insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. Deputatlığa namizədin sözlərinə görə, aparılan sosial-iqtisadi islahatlar ciddi nəticələr verməkdədir, vətəndaşlar  islahatların nəticələrini öz həyatlarında hiss edirlər. Əhliman Əmiraslanov həmçinin, YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib, daha güclü Azərbaycan naminə qarşıda duran vəzifələrdən bəhs edib. Qeyd olunub ki, seçki proqramında ölkəmizin daha da inkişafı, xüsusilə əhalinin rifah halının yüksəldilməsi istiqamətində müddəalar əksini tapır. 

 

Görüş zamanı sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib. Seçicilər bir sıra sosial, kommunal məsələlərin həlli bağlı fikirlərini bildiriblər. Əhliman Əmiraslanov qaldırılan məsələlərin təhlil olunaraq həll edilməsi istiqamətində zəruri addımların atılacağını diqqətə çatdırıb.

 

Görüşdə iştirak edən Köhünlü kəndi ilə yanaşı Şüşün və Qaramahmudlu kəndindən olan  seçicilər çıxış edərək Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə də YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı