Modern.az

Beyləqana 840 min manat ayrıldı - SƏRƏNCAM

Beyləqana 840 min manat ayrıldı - SƏRƏNCAM

Aktual

31 Yanvar 2020, 17:25

Prezident İlham Əliyev Beyləqan rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, sərəncamla Beyləqan rayonunun əhalisi 41194 nəfər olan 10 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 12 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 840 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 

***

 

Beyləqan rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 yanvar  tarixli  Sərəncamına Əlavə

 

 

Sıra

-si

Yaşayış məntəqələri

Quyuların

sayı

Əhalinin

sayı

  1.      

Aşağı Çəmənli kəndi

1

1451

  1.      

Aşıqalılar kəndi

1

2448

  1.      

Baharabad qəsəbəsi

1

992

  1.      

Beyləqan şəhəri

2

16701

  1.      

Bünyadlı kəndi

1

2626

  1.      

Dünyamalılar kəndi

2

7450

  1.      

Eyvazalılar kəndi

1

2894

  1.      

Şəfəq qəsəbəsi

1

1257

  1.      

Təzəkənd kəndi

1

3576

10. 

Türklər kəndi

1

1799

Cəmi

12

41194

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı